Marketlərdən sarı yumurtalar yığışdırılır
21 Aprel 2025, 22:35
Qaynar xətt:
(+99450) 247 90 86DİQQƏT! Bu İnsituta tələbə qəbulu başladı - SƏNƏD SİYAHISI
CƏMİYYƏT
437
04.03.2025, 11:07
Daxili Qoşunlarının Hərbi İnstitutuna tələbə qəbulu elan edilib.
Bu barədə Oxu24.com-a DİM-dən məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.
Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – çəkisi 80 kq-dək – 10 dəfə və çəkisi 80 kq-dan yuxarı – 8 dəfə, qaçış – 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə, qollar üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi – 20 dəfə, gövdənin döşəmədən qaldırılıb-endirilməsi – 20 dəfə).
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir.
İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. İnstitutda tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.
İnstitutu müvəffəqiyyətlə bitirmiş məzunlara “İctimai təhlükəsizlik və idarəetmə” ixtisası və “Leytenant” hərbi rütbəsi verilərək, onlar Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2025-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən şəxslər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul edilmir.
Həmçinin oxuyun
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul üçün namizədlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, R.Hüseynov küçəsi, 4) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və 2 nüsxədə notarial qaydada təsdiq olunmuş surəti);
– yaxın qohumlarının (ata, ana, qardaş, bacı) 2 nüsxədə şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətləri;
– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında arayış və ya tam orta, texniki peşə, orta ixtisas təhsili haqqında sənəd (attestatın, diplomun əsli və 2 nüsxədə notarial qaydada təsdiq edilmiş surəti);
– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);
– oxuduğu təhsil müəssisəsi tərəfindən verilmiş xasiyyətnamə;
– 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (baş geyimsiz, rəngli, donuq kağızda);
– yaşayış yeri və ailə tərkibi haqqında arayış, 2 nüsxədə.
İnstituta namizədlərin ərizə və sənədlərinin qəbulu 2025-ci il mart ayının 1-dən aprel ayının 20-dək (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçirilir.
23:22 / 21 Aprel 2025
Bakıda iki qız itkin düşdü
57
22:43 / 21 Aprel 2025
Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
52
22:35 / 21 Aprel 2025
Marketlərdən sarı yumurtalar yığışdırılır
172
21:56 / 21 Aprel 2025
16 milyon dollar sərvəti kimə qalacaq?
67
21:40 / 21 Aprel 2025
Sabah bu ərazilərdə işıq olmayacaq
397
21:10 / 21 Aprel 2025
Ərəblər ona 300 milyon dollar ödəyəcəklər
92
20:33 / 21 Aprel 2025
FSB meriyanı ələ keçirmək istəyən Volqoqrad sakinini saxlayıb
89
20:29 / 21 Aprel 2025
Azərbaycan Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verib
255
20:22 / 21 Aprel 2025
Tramp Ukrayna və İran danışıqlarında irəliləyiş olduğunu bildirib
82
20:10 / 21 Aprel 2025
Nazirin çantası oğurlandı
191
19:54 / 21 Aprel 2025
Abxaziyada rusiyapərəst Ardzinba saxlanılıb
102
19:52 / 21 Aprel 2025
Mehman Dadaşov vəfat edib
835
19:44 / 21 Aprel 2025
Prezident sərəncam imzaladı
220
19:35 / 21 Aprel 2025
Rada ABŞ-ın Ukrayna üzrə danışıqlardan çıxmasının nəticələrini açıqlayıb
97
19:30 / 21 Aprel 2025
Təranə Səidova vəfat edib
171
19:16 / 21 Aprel 2025
Ukrayna Silahlı Qüvvələri Rusiyanın planını alt-üst etdi
115
19:05 / 21 Aprel 2025
Tramp və 9 may: Kreml buna son qoydu
122
19:02 / 21 Aprel 2025
Papa yola salınır
110
18:59 / 21 Aprel 2025
Politoloq ABŞ-ın Ukrayna danışıqlarından çıxması riskini açıqlayıb
110
18:56 / 21 Aprel 2025
Öz qanını çağırışçıların qanına qarışdıran laborantla bağlı məsələyə - Rəsmi reaksiya
251
18:39 / 21 Aprel 2025
Peskov: Rusiya Ukrayna ilə danışıqlara hazırdır
109
18:32 / 21 Aprel 2025
Prezidentin son Sərəncamı 2469 şəxsə şamil olunacaq
421
18:29 / 21 Aprel 2025
Maştağada dayıqızı-bibiqızı itkin düşdü - Foto
252
18:24 / 21 Aprel 2025
Putin: “Ukrayna sülh təşəbbüslərini rədd etməməyə sövq edilib”
110
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.